12.10.2016-cı il tarixində Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya kafedrasının dosenti İbrahimov Cəfər Hüseyin oğlunun Magistratura şöbəsinin texniki elmlər üzrə təhsil alan I kursunda “Ali məktəb psixologiyası” fənni üzrə “Ali məktəb müəllimi və tələbəsi tədris prosesinin əsas subyektləri kimi” mövzusunda açıq dərsi keçirilmişdir. Müəllimə dərs prosesində interaktiv təlim metodundan istifadə edərək motivasiya yaratdı, tədqiqat sualı ilə magistrlara müraciət etdi, bu mövzu barədə magistrların biliklərini aşkara çıxardı, yeni mövzu ilə əvvəlki mövzu arasında əlaqə yaratdı. Hər plana uyğun geniş elmi məlumat verərək, bu sahədə alimlərin araşdırmalarına xüsusi yer ayırdı.
Açıq dərsdə rektorluq tərəfindən açıq dərslər üzrə komisiyanın üzvü Fizika- riyaziyyat elmləri namizədi, Riyazi analiz kafedrasının fəxri professor Əliqulu Quliyev, Magistratura şöbəsinin müdiri dosent Emin Yaqubov, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, Psixologiya kafedrasının əməkdaşları dos. P.Məmmədova,dos.Z. Nəsrullayeva, b/m. İ. Məmmədov,b/m A. Bağırzadə, b/m A. Babayeva, müəl. M.Rəhimova, müəl. H. Verdiyeva iştrak etdilər.