24 noyabr 2026-cı il tarixində saat 12:00-da Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə fakültənin elmi-pedaqoji və tədris fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən məsələlər daxil edilib.
İlk olaraq, rektorluğun 23.02.2023-cü il tarixli 5/65 saylı əmrinə uyğun olaraq, fakültədə əmək intizamının möhkəmləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə açıq dərslərə nəzarət komissiyasının fəaliyyətinin icra vəziyyəti müzakirə olunub.
Daha sonra Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin təşkili, xüsusilə I kurs tələbələrinin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi seminarların keçirilməsi və bu istiqamətdə görülən işlərin vəziyyəti nəzərdən keçirilib.
İclasda, həmçinin fakültədə tədris olunan fənlərin, o cümlədən “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası”, “İdman növlərinin nəzəriyyəsi və metodikası” və digər fənlərin monitorinqinin nəticələri, tədrisin mövcud vəziyyəti və keyfiyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Gündəlikdə yer alan növbəti məsələ professor-müəllim heyətinin müsabiqə yolu ilə seçkisi olub.
Cari məsələlər çərçivəsində isə ixtisas kafedralarında hazırlanmış proqram, dərslik, dərs vəsaiti və digər tədris-metodiki sənədlər müzakirə edilib, onların tədris prosesində tətbiqi ilə bağlı müvafiq məsələlərə toxunulub.
İclasda gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb və fakültənin tədris, elmi-tədqiqat fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq fikir və təkliflər səsləndirilib.


