Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Ülvi Əlizadənin Məşqçilik ixtisasının III kurs tələbələri ilə “Ağırlıq qaldırma və fitnesin tədrisi metodikası” fənnindən “Ağırlıq qaldırmada məşq vasitələri və metod-ları” mövzusunda açıq dərsi keçirilib.
Dərs zamanı tələbələrə təkanla qaldırma hərəkətinin texniki xüsusiyyətləri, icra qaydaları və düzgün yerinə yetirilmə mərhələləri haqqında ətraflı məlumat verilib. Mövzu praktiki nümunələr əsasında izah olunub, tələbələrin texniki bacarıqlarının və fiziki hazırlıq səviyyələrinin inkişafına diqqət yetirilib.
Həmçinin, ağırlıq qaldırma idman növündə təhlükəsizlik qaydalarına riayət olunmasının və hərəkətlərin düzgün texnika ilə icrasının vacibliyi vurğulanıb.
Açıq dərs tələbələrin nəzəri biliklərinin praktik vərdişlərlə möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Açıq dərsdə Bədən tərbiyyəsi və idman kafedrasının müdiri b/m Urfan Cabbarov iştirak edirdi.


