13 noyabr 2026-cı il tarixində kafedranın baş müəllimi Sevil Şabanovanın
“Məktəb mahnı repertuarı” seçmə fənnindən “Məktəb repertuarı (V sinif üzrə) mahnıları
bir əllə çalıb, o biri əllə takt saxlamaq (əlləri dəyişərək), özünü müşayiət edərək
oxumaq” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Namazova İlahə
İlham qızı ilə fərdi məşğələ şəklində açıq dərsi keçirildi.
Açıq dərsdə “Pedaqoji” fakültənin Tədris işləri üzrə dekan müavini, baş müəllim
İlqar Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva,
baş müəllimlər Mehriban Hacıyeva, s.ü.f.d. Lalə Rəfibəyli, müəllim Ü.Quliyeva iştirak
etdilər.
Dərsdə istifadə edilən resurslar, əyani vəsaitlər, informasiya-kommunikasiya
texnologiyaları dərsin mövzusu və məqsədinə uyğun seçilmişdir.
Açıq dərsin yaradıcılıq, yüksək əhval-ruhiyyə atmosferi tələbənin fəallığına
əlverişli şərait yaratdı.


