“Degrees of adjectives; Can you tell me the way? (Giving and asking directions)” (Sifətin dərəcələri, istiqamətin verilməsi)” mövzusuna açıq dərs

Filologiya və Xarici Dillər fakültəsinin Praktik Xarici Dillər kafedrasının baş müəllimi Aynur Bəşirovanın Xarici dildə işgüzar və akademik kommunikasiya -1(ingilis dili) fənni üzrə Təhsildə sosial-psixoloji xidmət ixtisasının I kurs tələbələri ilə “Degrees of adjectives; Can you tell me the way? (Giving and asking directions)” (Sifətin dərəcələri, istiqamətin verilməsi)” mövzusuna açıq dərsi keçirilib. Dərsin giriş mərhələsində tələbələrin Azərbaycan tarixində qürurlu tarixlərdən olan Zəfər günü və Dövlət bayrağı günü ilə bağlı hazırladıqları çıxışlar və layihə işi təqdim edildi. Təlimin müasir interaktiv metodlara söykənməsi, nəzəriyyə ilə praktikanın vəhdətdə təqdim olunması məşğələnin yüksək səmərəliliyini təmin etmişdir.

Açıq dərsdə Filologiya və Xarici dillər fakultəsinin dekanı f.e.d. prof. Yadigar Əliyev, Praktik Xarici dillər kafedrasının müdiri f.f.d. dos. Zahirə Əliyeva, Alman dili kafedrasının müdiri dos. Elvin Atakişiyev, Pedaqoji fakultənin dekan müavini, metodiki qrupun sədri İlqar Haqverdiyev, tyutor mərkəzinin rəhbəri Rəşad Məmmədov və kafedranın müəllimləri f.ü.f.d. Türkan Həsənova, b/m Aytən Əfəndiyeva iştirak edirdilər.