Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Gülay İsmayılova tərəfindən Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının II kurs tələbələri üçün “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” fənnindən “Azərbaycanda fiziki tərbiyə sistemi” mövzusunda açıq dərs keçirilib.
Açıq dərs zamanı Azərbaycanda fiziki tərbiyə sisteminin formalaşması və inkişafı, onun əsas istiqamətləri, fiziki tərbiyənin təhsil sistemindəki rolu və gənc nəslin sağlamlığının möhkəmləndirilməsində əhəmiyyəti barədə ətraflı məlumat verilib. Mövzu çərçivəsində fiziki tərbiyənin tədris prosesində təşkili, tələbələrdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması və fiziki hazırlığın artırılması məsələlərinə də toxunulub.
Dərs interaktiv müzakirələrlə davam edib, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və onların fəallığı təmin olunub.
Açıq dərsdə Pedaqoji fakültənin dekan müavini, baş müəllim İlqar Haqverdiyev də iştirak edib.


