Gəncə Dövlət Universitetində “Müasir idmanda psixoloji hazırlıq” mövzusunda dəyirmi masa keçirilib
Oktyabrın 26-da Gəncə Dövlət Universitetinin II tədris binasında Pedaqoji fakültənin “Bədən tərbiyəsi və idman kafedrası” və “Psixologiya kafedrası”nın təşəbbüsü və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Müasir idmanda psixoloji hazırlıq: Mövcud vəziyyət, problemlər və həll yolları” mövzusunda birgə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan kafedra müdirləri — Bədən tərbiyəsi və idman kafedrasının müdiri Urfan Cabbarov, Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova və kafedranın baş müəllimi Rəmziyyə Rəhimova idmanda psixoloji hazırlığın elmi və praktiki əhəmiyyətindən bəhs ediblər.
Daha sonra tələbələrin çıxışları dinlənilib, mövzu ətrafında sual-cavab və müzakirələr aparılıb. Tədbirin sonunda Tələbə Elmi Cəmiyyətinin sədri Silduz Hüseynova anket sorğusunun nəticələrinə əsaslanan empirik tədqiqat işini təqdim edib. Dəyirmi masa iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.





