Azərbaycanın müstəqilliyinin bərpasından 35 il ötür

18 Oktyabr Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, milli iradəsinin və dövlətçilik ənənələrinə sadiqliyinin parlaq təcəssümüdür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmişdir. Bu tarixi sənədlə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edərək öz taleyini müstəqil müəyyənləşdirmək hüququnu bir daha təsdiq etmişdir.
Müstəqilliyin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Azərbaycan müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə mühüm nailiyyətlər əldə etmişdir.
Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdəndir. Xüsusilə, təhsil müəssisələrinin üzərinə gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda milli kimlik, dövlətçilik düşüncəsi və Vətənə bağlılıq hisslərinin formalaşdırılması baxımından böyük məsuliyyət düşür.
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsi də gənc nəslin savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsini özünün əsas prioritetlərindən biri hesab edir.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq əzminin, milli birliyinin və müstəqil gələcəyə inamının rəmzidir.
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımıza sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq!