Yunan-Roma güləşi ixtisası üzrə praktik məşğələ keçirilib

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Etibar Həsənovun rəhbərliyi ilə II kurs Yunan-Roma güləşi ixtisası üzrə təhsil alan tələbələr üçün İdman Liseyinin güləş zalında praktik məşğələ keçirilib.
Məşğələ “Yunan-Roma güləşində taktiki hazırlıq” fənni çərçivəsində təşkil olunub. Praktik məşğələnin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək, onların taktiki düşünmə qabiliyyətini inkişaf etdirmək və yarış zamanı düzgün qərarvermə vərdişlərini formalaşdırmaq olub.
Məşğələ zamanı tələbələr güləşdə taktiki hazırlığın əsas xüsusiyyətləri, rəqibin hərəkətlərinin təhlili, hücum və müdafiə taktikalarının tətbiqi, eləcə də müxtəlif yarış vəziyyətlərində düzgün mövqe seçimi ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.
Bu cür praktik məşğələlər tələbələrin peşəkar hazırlığının yüksəldilməsinə, nəzəri biliklərinin təkmilləşdirilməsinə və gələcək məşqçilik fəaliyyətləri üçün zəruri bacarıqların formalaşdırılmasına xidmət edir.