14 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin II korpusunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Şəmkir Uşaq Reabilitasiya Mərkəzi və Gəncə Dövlət Universitetinin Psixologiya kafedrası birgə “Gələcəyin psixoloqları reabilitasiya mühitində” mövzusunda
konfrans keçirilmişdir.
Konfransın məqsədi Şəmkir Uşaq Reabilitasiya mərkəzinin fəaliyyət istiqamətlərini, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətlərini və psixoloqun multidissiplinar komanda daxilində rolunu universitet tələbələrinə təqdim etmə, tələbələrlə inkluziv yanaşma, peşə etikası və praktik psixoloji fəaliyyəti haqqında məlumatlılığı artırmaq, eləcə də psixoloji qiymətləndirmə, şəxsiyyətyönümlü yanaşma, fərdi müdaxilə və inkişafın izlənməsi kimi məsələləri həyata keçirməkdən ibarət olmuşdu.
Sonda tələbələrin sualları cavablandırılmış, Universitetlə Reabilitasiya müəssisəsi arasında əməkdaşlığın davamlı olması və praktik təcrübə imkanlarının da yaranması təklif olunmuşdur.





