Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında keçirilən elmi seminarda s.ü.f.d., baş müəllim Lalə Rəfibəyli “L.V.Bethovenin simfonik yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları” mövzusunda çıxış etmiş, mövzuya dair slaydlar nümayiş etdirilmişdir.
Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, kafedrada təsdiq olunmuş qrafik əsasında ayda bir dəfə ayrı-ayrı aktual mövzularda elmi seminarların keçirilməsi elmin populyarlaşdırılmasına xidmət edir.
Seminarın işində “Musiqi fənləri” kafedrasının akademik heyəti və “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin tələbələri iştirak etmişlər. Seminarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.


