“MUSİQİ FƏNLƏRİ” KAFEDRASINDA AÇIQ DƏRS KEÇİRİLDİ

Açıq dərslərin qrafikinə uyğun olaraq 29 sentyabr 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasında baş müəllim, s.ü.f.d. Lalə Rəfibəylinin  “Xarici musiqi tarixi-1” fənnindən “L.V.Bethovenin həyat və yaradıcılığı” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə mühazirə şəklində  keçirilən açıq dərsi müşahidə olundu. Açıq dərsin müşahidəsi 2 akademik saat ərzində aparıldı.

Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in fəxri professoru, p.ü.f.d., “Psixologiya” kafedrasının dosenti, “Açıq dərslərə nəzarət komissiyası”nın üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.e.d., professor Sevda Qurbanəliyeva, baş müəllimlər s.ü.f.d. Sevinc Rüstəmova, Mehriban Hacıyeva, Səidə Həsənova iştirak etdilər.