Pedaqoji fakültənin tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər

Pedaqoji fakültənin tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər
​27 Sentyabr Anım Günü ilə bağlı Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələrimiz Şəhidlər Xiyabanını ziyarət ediblər.
​Ziyarət zamanı Pedaqoji fakültənin Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədova şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların göstərdiyi igidlik və vətənpərvərlik örnəyindən söz açaraq qəhrəmanlarımızın xatirəsinə olan dərin ehtiramını bildirib.
​Tələbələrimiz şəhidlərimizin məzarları üstünə qərənfillər düzüb, onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
​Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik!