
Ad, soyad, ata adı: Seyidova Nigar Akif qızı
Vəzifəsi: Müəllim
Telefon: 055-825-34-19
Tərcümeyi – hal: Seyidova Nigar Akif qızı 19 fevral 1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur.
1999–2000-ci tədris ilində Gəncə şəhər 28 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur.
2017–2019-cu illərdə Gəncə Dövlət Universitetinin magistratura pilləsində təhsil almış və “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.
2015-ci ildən Gəncə Dövlət Universitetinin İdman klubunda idman oyunları üzrə şöbə müdiri, idman klubunun sədr müavini (ictimai əsaslarla) və məşqçi vəzifələrində çalışmışdır.
Voleybol üzrə Azərbaycan milli komandasında, “Rabitə” və “Əczaçı” voleybol klublarında, eləcə də Gəncə yığma komandasında çıxış etmişdir. Dəfələrlə respublika, şəhər və region birinciliklərinin qalibi olmuşdur. İdman ustalığına namizəd və idman hakimi vəsiqələrinə malikdir.
Magistratura təhsili dövründə iki elmi məqaləsi dərc olunmuşdur.