21 sentyabr 2026-cı il tarixində Pedaqoji fakültənin tyutorları və Tyutor xidmətinin rəhbəri Rəsad müəllimin iştirakı ilə tələbələrlə görüş keçirilib.
Görüşdə I kurs “Təhsildə sosial-psixoloji xidmət” və “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, II kurs “Ümumi fiziki hazırlıq” və “Məşqçilik” ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.
Görüş zamanı tələbələrə” balonya və kredit” sistemi haqqında ətraflı məlumat verilib, onların sualları dinlənilib və bütün suallarına ətraflı cavab verilib.
Görüş tələbələrin tədris prosesi və qiymətləndirmə sistemi ilə bağlı məlumatlandırılması baxımından faydalı olub.


