18 SENTYABR – MİLLİ MUSİQİ GÜNÜDÜR!

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1995-ci ildə Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin banisi, musiqişünas-alim, yazıçı, publisist Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı  Fərmanı ilə dahi bəstəkarın doğum gününün – 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

         Xalqımız bu günü böyük bayram kimi qeyd edir.

Fəxrlə qeyd etməliyik ki, Üzeyir Hacıbəylinin əbədiyaşar musiqisi bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən bəstəkarın doğma yurdu Qarabağda əzəmətlə səslənir.

Zəngin milli musiqimizi qorumaq və inkişaf etdirmək hər birimizin mənəvi borcudur.

         Bayramınız mübarək!