15 sentyabr – Bilik Günü münasibətilə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində yeni tədris ilinə start verildi.
Yeni tədris ilində Pedaqoji fakültənin müxtəlif ixtisaslarına qəbul olunan tələbələrə uğurlar arzulayır, onların universitet həyatında müvəffəqiyyətlər diləyirik.
2026–2027-ci tədris ilində Pedaqoji fakültəyə qəbul olunan tələbələrin ixtisaslar üzrə sayı:
- Məktəbəqədər təhsil – 15 nəfər
- Psixologiya – 15 nəfər
- Təhsildə Sosial Psixoloji Xidmət – 20 nəfər
- Musiqi müəllimliyi – 19 nəfər
- Ümumi fiziki hazırlıq- 60 nəfər
- Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq – 30 nəfər
- Məşqçilik – 95 nəfər