11 sentyabr 2026-cı il Pedaqoji fakültənin Təhsilin Pedaqogikası və Metodikası kafedrasının yeni tədris ilində ilk iclası keçirilib. Kafedra müdiri dos. A.Quliyev ilk önce GDU Institusional və Ibtidai sinif müəllimliyi ixtisasının akrreditasiyadan keçməsi qərarı ilə kafedra əməkdaşlarını tanış etdi. Həmçinin universitet rəhbərliyinin əmr və tapşırıqları kafedra əməkdaşlarının diqqətinə çatdırılıb, onların icrası ilə bağlı müvafiq məsələlər nəzərdən keçirilib. Sonra iclasın gündəliyində
2026–2027-ci tədris ilində kafedranın qarşısında duran əsas vəzifələr, tədris prosesinin təşkili, fənlər üzrə sillabusların və fənn proqramlarinin hazırlanma vəziyyəti müzakirə olunub.
İclasın sonunda qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, tədris-metodik işlərin səmərəli təşkili və yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.


