Praktik xarici dillər kafedrasının baş müəllimi Cəfərova Səbinə Əbülfət qızının Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən “In the Wild / Nature” mövzusunda fakültənin Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının 1-ci kurs tələbələri ilə açıq dərsi keçirilmişdir.
Dərs boyunca təbiət, vəhşi həyat və canlıların yaşayış mühiti haqqında ətraflı məlumat verildi. Tələbələr mövzuya böyük maraq göstərərək fəal iştirak etdilər. Müəllim tərəfindən seçilən materiallar, şəkillər, sual-cavab mərhələləri və interaktiv tapşırıqlar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.
Xüsusilə qeyd etmək lazımdır ki, dərs zamanı tələbələrin ingilis dilində danışıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirildi. Onlar vəhşi heyvanlar, təbiətin qorunması və ətraf mühit mövzularında öz fikirlərini sərbəst ifadə etdilər. Bu isə dərsin həm dil bacarıqlarının, həm də ekoloji düşüncənin formalaşmasına xidmət etdiyini göstərdi. Müəllim dərs prosesində peşəkarlıq, yüksək pedaqoji ustalıq və müasir təlim metodlarından istifadə bacarığını nümayiş etdirdi. Tələbələrlə səmimi ünsiyyət qurması, onları motivasiya etməsi və dərsə cəlb etməsi xüsusi təqdirəlayiq idi.
Açıq dərsdə fakultənin dekan müavini Metodiki qrupun sədri, İ.Haqverdiyev, b/m Aynur Bəşirova, b/m Aytən Kərimli, b/m Aytən Əfəndiyeva, m. Elzanə Musayeva, f.u.f.d. Türkan Həsənova iştirak edirdilər.


