AÇIQ DƏRS DİNLƏNİLDİ

Açıq dərslərin qrafikinə uyğun olaraq 15 aprel 2026-cı il tarixində “Musiqi fənləri”
kafedrasında baş müəllim Lalə Rəfibəylinin “Azərbaycan musiqi tarixi-2” fənnindən
“Vasif Adıgözəlovun həyat və yaradıcılığı” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə
II kurs tələbələri ilə mühazirə şəklində keçirilən açıq dərsi dinlənildi.
Açıq dərsdə pedaqoji fakültə dekanının müavini, baş müəllim İlqar Haqverdiyev,
“Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllimlər
Mehriban Hacıyeva, Səidə Həsənova, Leyla Nəbiyeva, Sevinc Rüstəmova iştirak etdilər.