“6001014 Musiqi müəllimliyi” Təhsil Proqramının İllik Özünüqiymətləndirmə
Hesabatını hazırlayan Komissiyanın 2025/2026-cı tədris ili üçün İş Planına əsasən
nəzərdə tutulmuş fəaliyyətlər ardıcıl olaraq yerinə yetirilir.
Dərs prosesini müşahidə etmək məqsədilə Komissiyanın sədri, pedaqoji
fakültənin tədris işləri üzrə dekan müavini, baş müəllim İlqar Haqverdiyev, Proqram
rəhbəri, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva,
komissiya üzvlərindən “Musiqi fənləri” kafedrasının baş müəllimləri Mehriban Hacıyeva,
Səidə Həsənova, Lalə Rəfibəyli, məzun nümayəndəsi, Gəncə şəhər 46 nömrəli tam orta
məktəbin musiqi müəllimi Fidan Əhmədova, tələbə nümayəndəsi, “Musiqi müəllimliyi”
ixtisası I kurs tələbəsi Fatimə Əhmədova tərəfindən “Musiqi fənləri” kafedrasının baş
müəllimi Leyla Nəbiyevanın “Vokal və onun tədrisi metodikası” seçmə fənnindən
mühazirə şəklində keçdiyi açıq dərsi dinlənilmiş, dərsə dair sənədlərinin təlimati tələblər
səviyyəsində hazırlandığı, dərsin metodiki cəhətdən düzgün qurulduğu qeyd
olunmuşdur.


