14.04.2026-cı il tarixində Pedaqoji fakültənin tyutorları və Tyutor şöbəsinin rəhbəri Rəşad Məmmədovun iştirakı ilə I kurs tələbələri ilə görüş keçirilmişdir.
Görüş zamanı tələbələrə seçmə fənlərin seçilməsi qaydaları, bu prosesin mərhələləri və seçim zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, təhsil proqramına uyğun düzgün fənn seçiminin onların gələcək akademik fəaliyyətinə təsiri xüsusi vurğulanmışdır.
Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılmış, onlara seçim prosesində yaranacaq çətinliklərin aradan qaldırılması üçün tyutorların dəstək göstərəcəyi bildirilmişdir. Görüş qarşılıqlı müzakirə şəraitində keçmiş və tələbələr üçün faydalı olmuşdur.


