Təhsil proqramlarının dövri qiymətləndirilməsi komissiyasının koordinatorlarının ümumi yığıncağı

Pedaqoji fakültədə Təhsil proqramlarının dövri qiymətləndirilməsi komissiyasının koordinatorlarının ümumi yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə komissiyanın sədri, tədris məsələləri üzrə dekan müavini İ. Haqverdiyev açaraq bildirmişdir ki, iş planına uyğun olaraq mart ayında həyata keçirilmiş məlumatların toplanması və təhlili mərhələsinin nəticələri müzakirə olunmalı, eyni zamanda qarşıda duran digər məsələlərin icrası təmin edilməlidir.
Daha sonra koordinatorların təhsil proqramları üzrə təqdim etdikləri məlumatlar dinlənilmiş və müvafiq müzakirələr aparılmışdır.
Yığıncağın sonunda aprel ayı üzrə hesabatların hazırlanması və vaxtında təqdim edilməsi ilə bağlı tapşırıqlar verilmişdir.