“Musiqi fənləri” kafedrasında növbəti təlim

01 aprel  2026-cı il  tarixində  “Musiqi fənləri”  kafedrasında “Tələbəyönümlü təhsilin prinsiplərinə əsasən dərslərin təşkili” mövzusunda təlim uğurla keçirildi.

Təlimçi “Musiqi fənləri” kafedrasının baş müəllimi R.Məmmədova mövzu ilə əlaqədar hazırladığı slaydlara istinad etməklə mövzunun hərtərəfli işıqlandırılmasına nail oldu, iştirakçıların suallarını ətraflı cavablandırdı.

Tədbirin sonunda çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva kafedrada keçirilən təlimlərin musiqi fənlərinin tədrisi keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirdi.