02.04.2026-cı il tarixində monitorinq qrupu tərəfindən məşğələlərdə tədrisin keyfiyyətinə nəzarət həyata keçirilmişdir. Monitorinq zamanı qrup rəhbəri dos. A. Quliyev və qrup üzvləri dərs cədvəlinə uyğun olaraq 3-cü saatda keçirilən məşğələləri izləyərək tədris prosesinin vəziyyətini qiymətləndirmişlər.
Eyni zamanda, bayram günlərinə təsadüf edən dərs saatlarının əlavə keçirilməsi də diqqətdə saxlanılmış, bu dərslərin təşkili və davamiyyəti yoxlanılmışdır. Monitorinqin nəticələri əsasında tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində müvafiq tövsiyələr verilmişdir.


