“Ailə üzvlərinin hüquqları. Ailədə uşağın sosiallaşması” mövzusunda seminar

Təhsilin pedaqogikası və metodikası kafedrasının magistrı Yusubova Pərvanə Eldəniz qızı 3¹ ibtidai sinif müəllimliyi ixtisasına “Ailə tərbiyəsi” fənni üzrə “Ailə üzvlərinin hüquqları. Ailədə uşağın sosiallaşması” mövzusunda seminar keçirilmişdir. Seminarın gedişatında müasir təhsil standartlarına uyğun olaraq tələbəyönümlü yanaşma və innovativ təlim texnologiyaları tətbiq edilmişdir. Tələbələr kiçik qruplara bölünərək ailə daxili hüquqi münasibətləri və sosiallaşma prosesinin sosiopsixoloji aspektlərini interaktiv şəkildə təhlil etmişlər. Məşğələ geniş sual-cavab sessiyası və situasiya analizi metodlarının tətbiqi ilə yekunlaşmışdır.