27.02.2016-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının magistr tələbəsi Hüseynzadə Nərmin, III kurs İbtidai sinif müəllimliyi ixtisası üzrə “Şagird nailiyyətinin qiymətləndirilməsinin üsul və vəzifələri” fənnindən “Pedaqoji proses – şagird fəaliyyətinin qiymətləndirilməsi sahələrindən biri kimi” mövzusunda nümunəvi dərs keçirmişdir.
Dərs ətrafında müzakirələr aparılmış, geniş təhlillər edilmiş və tələbənin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Dərsdə Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos. A. Quliyev, fənn müəllimi
b/m R. İsgəndərova və həmin kafedranın 2 magistr tələbəsi iştirak etmişdir.




