“Motivasiyaya təsir edən amillər” mövzusunda  təlim keçirildi

“Musiqi fənləri” kafedrasında təlimlərin keçirilməsi akademik heyət,  “Musiqi müəllimliyi” ixtisası üzrə  tələbələr tərəfindən rəğbətlə qarşılanır.

“Motivasiyaya təsir edən amillər” mövzusunda kafedrada keçirilən təlimdə motivasiya, onun məqsədi, istiqamətləri, növləri, musiqi fənlərinin tədrisində təhsilalanların motivasiyasının artırılmasının əhəmiyyəti, yolları və s. bu kimi məsələlər kafedranın baş müəllimi təlimçi Mehriban Hacıyeva tərəfindən konkret nümunələr əsasında izah olundu.  

Təlimçinin zəngin iş təcrübəsinə, elmi mənbələrə istinadları, təqdim olunan slaydlar mövzunun ardıcıl, əyani şəkildə hərtərəfli açıqlanmasına şərait yaratdı.

Təlim diskussiya şəklində keçirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı, fikir mübadiləsi aparıldı.

Təlimdə çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri S.Qurbanəliyeva, baş müəllim S.Həsənova, müəllim Ü.Quliyeva, “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi N.Əlizadə, magistr S.Həsənova və başqaları təlimçi Mehriban Hacıyevaya minnətdarlıqlarını bildirərək, mövzu ilə bağlı təkliflərini, bu kimi təlimlərin keçirilməsinin mühüm əhəmiyyətini qeyd etdilər.