Tədris təcrübəsi uğurla başlandı

Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinin tədris təcrübəsi Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə mütəşəkkil başlanılmışdır.

Məktəb müdiriyyəti, Universitetin “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, metodist müəllimlər S.Həsənova və A.Abdullayevanın təcrübəçi tələbələrlə keçirdikləri görüşdə tədris təcrübəsinin məqsədi, təşkili və qiymətləndirilməsi qaydaları ilə bağlı ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.