Növbəti təlim keçirildi

 “Musiqi fənləri” kafedrasının iş planına əsasən kafedrada təlimlərin keçirilməsi davam edir.

 “Qloballaşan dünyada milli mədəni irsin qorunması və təbliği məsələləri” mövzusunda keçirilən təlimdə  müəllim və tələbələrin maarifləndirici fəaliyyətinin gücləndirilməsinə istiqamətləndirilmişdir.

Təlimçi  “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Məhərrəmova elmi və təcrübi əhəmiyyətə malik təkliflərlə çıxış etdi, kafedra üzvlərinin suallarını ətraflı cavablandırdı.

Diskussiya şəklində keçirilən təlimdə “Musiqi fənləri” kafedrasının akademik heyəti və magistrlər fəal iştirak etdilər.

Sonda kafedra müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək kafedranın akademik heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün bu kimi təlimlərin kafedranın iş planında nəzərdə tutularaq həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.