Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasının 23 yanvar 2026-cı il tarixli iclasında “Musiqi və onun tədrisi metodikası” adlı elmi seminarın 2026-cı ilə dair iş planı təsdiq olunmuşdur.
İş planına əsasən 30 yanvar 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva “Ədəbiyyat və musiqinin əlaqəli tədrisi məsələləri” mövzusunda elmi seminarda məruzə ilə çıxış etdi, mövzu ilə əlaqədar slaydlar nümayiş olundu.
Mövzu ətrafında geniş müzakirələr aparıldı, interdissiplinarlıq və müasir dövrdə musiqinin tədrisində ondan istifadənin forma və üsulları, ədəbiyyat və musiqinin əlaqəli tədrisi məsələləri konkret nümunələr əsasında geniş şərh olundu.
Seminarda çıxış edən baş müəllimlərdən Q.Məmmədova, M.Hacıyeva, müəllimlərdən Ş.Bayramova, Ü.Quliyeva professor Sevda xanım Qurbanəliyevaya maraqlı məlumatlarla, dəyərli fikirlərlə zəngin elmi məruzəsi üçün minnətdarlıqlarını bildirdilər.



