Mövzu: Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi
26.04.2016 tarixində GDU-nun Pedaqoji fakültəsində Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kursunda baş müəllim Şərifova Əsmədin açıq dərsi keçdi. Açıq dərsdə rektorluq tərəfindən açıq dərslər üzrə komisiyanın üzvü dosent Cəfər İbrahimov, Pedaqoji fakültə tədris işləri üzrə dekan mavini b/m İ.Haqverdiyev, Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dos. A.Quliyev, Pedaqogika və təhsilin əsasları kafedrasının əməkdaşları:p.f.ü.d G.Kazımova, b/m Ş.Əhmədova, b/m A.Əliyeva iştrak etdilər. Dərsdə müasir təlim metodlarından istifadə olundu. Qruplarla iş aparıldı. Bu təlim metod vasitəsi ilə əmək tərbiyəsi ilə bağlı tələbələrin qrupda əl işlərinin təqdimatı oldu. Əsədullayev Fidan və digər tələbələrin işləri nümayiş edildi.
Dərsin əsas məqsədi tələbələrə- gənc tərbiyəçilərə düzgün tərbiyə metodlarından istifadə etmək və gələcək nəsilləri bu yönümdə tərbiyələndirmək, əmək tərbiyəsini sevdirməkdir.