Fiziki tərbiyə , çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdir əvəzi Mahmur Məmmədova , baş müəllimi Fikrət Hüseynov müəllim Sərxan Əmiraslanov və müəllim Zülfiyyə Ələkbərova İbtidai sinif müəllimliyi ixtisasının 3 kurs tələbələri və tələbə təşkilatlarının üzvləri ilə “Zəfərə gedən yol” şüarı altında keçirilən silsilə tədbirlər sırasından Gəncə memorial kompleksində ziyarətdə oldular. Müəllimlər tələbələrə erməni vandallarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən məlumat verdilər, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Gənclərimiz çıxış edərək Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini qeyd etdilər.


