22.10.2025-ci il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti (attestatasız) Ş.Binnətovanın Pedaqoji fakultənin İbtidai sinif müəllimliyi ixtisasının II kursunda “İbtidai siniflərdə riyaziyyat və OTM-2” fənnindən “Həndəsənin yaranması. Ən sadə fiqurlar və onların xassələri” mövzusunda qabaqcadan tərtib edilmiş qrafikə uyğun olaraq açıq dərsi keçirilmişdir. Dərsdə kafedranın müdiri dos.A.Quliyev və kafedranın bir neçə müəllimi iştirak etmişdir.
Ş.Binnətova dərsin planına uyğun olaraq tələbələrə həndəsənin inkişaf tarixi haqqında maraqlı məlumatlar verdi. Ən sadə fiqurlar və onların xassələrinə aid slaydlar nümayiş edərək, konkret misallarla mövzunu izah etdi. Dərs diskussiya formasında təşkil olunmuşdu.






