ÜTF və texnologiya kafedrasının baş müəllimi Əliyeva Afətin İbtidai sinif müəllimliyi ixtisasının 3 kurs tələbələri ilə İbtidai siniflərdə texnologiya və OTM fənnindən “Texnologiya təlimində modelləşdirmə və quraşdırma işlərinin mahiyyəti, məzmunu və təşkili” mövzusunda nümunəvi dərsi keçirildi. Dərsdə tələbələr müxtəlif materiallardan əl işləri hazırlayıb təqdim etdilər. Dərsdə fakültə dekanı, dekan müavini, kafedra müdirləri və tyutorlara iştirak edirdilər.
Modelləşdirmə və quraşdırma işləri uşaqlarda texniki təfəkkürünün inkişafında potenlik bilik və bacarıqların aşılanmasında xüsusi rola malikdir. Odur ki əmək hazırlığı dərslərində maşın, mexanizmlər, modellər, fəhlə peşələri istehsalat haqqında uşaqlar ilkin məlumat əldə edirlər.

















