Universitetimizin “Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyası”nın nəzdində yaradılmış “Təhsil proqramlarının sistematik yoxlanılması üçün monitorinq qrupu”nun iş planına əsasən proseslə bağlı mövcud vəziyyətin monitorinqi keçirilmişdir (sədr: professor Qurbanəliyeva S.F.).
Digər fakültə və kafedralarla yanaşı monitorinq qrupu pedaqoji fakültədə və fakültənin tabeçiliyində fəaliyyət göstərən kafedralarda olmuş, aparılan müşahidələr və toplanılan informasiyalar təhlil olunmuş, mövcud çatışmamazlıqlar və onların aradan qaldırılması yolları haqqında ətraflı təhlillər aparılmış, tövsiyələr irəli sürülmüşdür.






