Təhsilin pedaqogikası və metodikası kafedrası tərəfindən “Müasir təlim texnologiyalarının tətbiqi ilə tələbələr-müəllimlər üçün effektiv təlim və öyrənmə mühitinin yaradılması” üzrə 01-30.05.2025-ci il tarixlərində öyrədici və maarifləndirici təlimlər təşkil ediləcək.
02.05.2025-ci il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Quliyev Allahverdi İsgəndər oğlu “Fənlərin tədrisində interaktivliyin, müasir təlim texnologiyalarından istifadınin əhəmiyyəti, məqsədi, vəzifələri, peşə konpetensiyaları, əsas pedaqoji anlayışlar , XXI əsr bacarıqları , təlim nəticələri , təlimin düşünülmüş təşkilində taksonomiyalardan istifadənin rolu və əhəmiyyəti” mövzusunda məruzə etdi.





