Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 2 ci- kurs tələbələri İbtidai siniflərdə Azərbaycan dili və OTM-3 fənnindən “İnteraktiv təlim metodları” mövzusunda fəal interaktiv dərs keçirildi.
Tələbələr Rollu oyunlar metodunun Səhnələşdirmə texnikasından istifadə etdilər. Ssenarini yaradıcı təfəkkürü yüksək olan tələbəmiz Nərgiz Baxşiyeva yazmışdır. O II Qarabağ savaşında baş vermiş hadisələri qələmə alaraq qısa zamanda gözəl bir tamaşanın meydana gəlməsinə vəsilə oldu. Dərs tamamilə orijinal həyat hadisələri üzərində qurulmuşdur.
Müəllim: dosent, filologiya üzrə fəlsəfə doktoru Əhmədova Aytən Arzulla qızı





