25.04.2025-ci il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Məmmədova Amaliya Məmmədağa qızının Məşqçilik ixtisasının I kurs tələbələri ilə Üzgüçülük fənnindən “Batterflyay üzmə üsulu: idman üzgüçülüyü” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə kafedra müdiri b/m U. Cabbarov, dekan müavini b/m İ.Haqverdiyev , monitorinq qrupunun üzvü prof. C.İbrahimov və kafedranın müəlimləri iştirak etdilər.





