Gəncə Dövlət Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Günay Kazımova 18-20 aprel 2025-ci il tarixində İstanbulda “1.Uluslararasi Öğretim ve Öğrenme Bilimi Kongresinde” “İnklüziv təhsil təcrübəsinə psixoloji-pedaqoji yanaşma” mövzusunda məruzə ilə çıxış edib.Məruzə zamanı Günay Kazımova inklüziv təhsilin müasir dövrdə əhəmiyyəti, bu sahədə qarşıya çıxan psixoloji və pedaqoji çətinliklər, habelə Azərbaycan və dünya təcrübəsində bu problemlərin həlli yolları ilə bağlı geniş elmi təhlillər aparmış, praktiki tövsiyələr təqdim etmişdir. Günay Kazımovanın məruzəsi beynəlxalq elmi ictimaiyyətin nümayəndələrinin, habelə müxtəlif ölkələrdən olan alim və mütəxəssislərinin böyük marağına səbəb olmuş və yüksək qiymətləndirilmişdir. Bu cür beynəlxalq tədbirlərdə Gəncə Dövlət Universitetinin nümayəndələrinin iştirakı universitetin elmi potensialının beynəlxalq aləmdə tanıdılmasına və akademik əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.




