GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq ermənilərin yüz illərlə Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışmış, onların törətdikləri vəhşiliklərə yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra əsl hüquqi qiymət verildiyini, həmçinin hər il mart









