2 FEVRAL -GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, bu istiqamətdə Gəncə Dövlət Universitetində görülən işləri toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra universitetin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasətinin həyata keçirilməsi nəticəsində qazanılan uğurlardan söhbət açmışdır.

Universitet tələbələrinin çıxışından sonra bir qrup tələbəyə tədris ocağının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Fəxri fərmanlar təqdim edilmişdir.