GDU-nun Pedaqoji fakültəsinin TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri M.Füzuli adına 22 saylı orta məktəbdə pedaqoji təcrübə keçirlər. 22.02.2022-ci il tarixində məktəb psixoloqu C.Tağıyevin təşkilatcılığı və təcrübəçi tələbələrin iştrakı ilə “Bullinqə yox deyək” mövzusunda psixoloji maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru A.Kərimov, direktor müavini N.Şükürova, pedaqoji təcrübə rəhbərləri b/m P.Məmmədova, b/m L.Həsənova, müəllim-şagird kollektivi iştrak etdi.
Tədbirdə qeyd olundu ki, bullinq uşaqların incidilməsinə səbə olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin, kiber, sosial, şifahi, psixoloji, fiziki zorakılıq növləri haqqında məlumat verildi. Bullinqin intihara yol açması halları barədə danışıldı. Şagirdlərə və müəllimlərə tövsiyə xarakterli məlumatlar səsləndirildi, sualllar cavablandırıldı. Mövzu ilə əlaqədar slaydlar və videoçarxlar nümaiş etdirildi.