Məzun günü
17 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının qarşısında “Gələcəyimizin qurucuları” adlı məzun günü qeyd edilmişdir. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Yusif Yusibov açaraq ilk öncə tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulamışdır. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğulayan rektor







