TEC .in “Psixologiya” dərnəyinin rəhbərliyi ilə 26.04.2017 tarixində GDU-nun II tədris korpusunun akt zalında Pedaqoji fakültəsinin TSPX ixtisasının IV kurs tələbəsi Allahverdiyeva Ayselin “Ailə psixoterapiyası” mövzusunda seminar- treninqi keçirilmişdir. Seminarda Psixologiya kafedrasının professor müəllim heyəti, “Loqos” psixologiya və nitq inkişaf mərkəzinin psixoloqu Zahid Tağıyev və tələbələr iştirak etmişdir. Seminar iştirakçıların böyük marağına səbəb olmuşdur. Sonda Psixologiya kafedrasının müdiri, dosent Z. Cavadova seminart haqda fikirlərini bölüşdü. Gənclərə ailə həyatı haqqında öz tövsiyyələrini verdi.