08.05.2017-ci il tarixdə Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının II kursunda Psixologiya kafedrasının baş müəllimi Telli Cabbarovanın “Kiçik məktəbli yaş dövründə şəxsiyyətin formalaşması” mövzusunda açıq dərsi keçirildi.Açıq dərs müasir tələblərə uyğun şəkildə hazırlanmış, tam interaktiv şəkildə təlbələrə çatdırıldı. 8 may 1992-ci il Şuşanın işğalına təsadüf etdiyi üçün müəllimə dərsdə vətənpərvərlik hissi və tarixi yaddaşımız Şuşya aid slayd təqdim etdi.
Ulu öndər H.Əliyevin anadan olmasının 94-cü il dönümünü və dərsin mövzusuna aid qısa slayd da təqdim olundu.
Mühazirədə motivasiya, beyin həmləsi, Venn diaqranl, kollektiv müzakirə, problemli situasiya və müasir təlim metodlarından istifadə olunduş Dərsdə rektorun səlahiyyətli nümayəndəsi, dos. C.İbrahimov, Pedaqoji fakültənin dekan müavini b/m. İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri, dos. Z.Cavadova, dos. Z. Nəsrullayeva, b/m. L.Həsənova, b/m. P. Məmmədova, b/m. A.Babayeva,müəl. G. Həmidova iştirak etdilər. Dərs yaxşı qiymətləndirildi.