Category Archives: Kateqoriyasız

Gəncə Dövlət Universitetinin və Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətininin növbəti uğuru.

Rəsmi məktub əsasında 14, 15, 16 dekabr 2016 ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun və Gəncə Dövlət Universitetinin dəstəyi,Universitet Tələbə Elmi Cəmiyyətinin, Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova təşkilatçılığı ilə “İnkişafın professional strategiyası” təlim kursu tələbələrimizə keçirildi. 14 dekabr 2016 cı il tarixdə II tədris binasını Akt zalında “İnkişafın

Daha ətraflı

Açıq dərs – b/m. Şərəf Əhmədova

01.12.2016-cı il tarixdə Təhsilin pedaqoqikası ve metodikası kafedrasının baş müəllimi  Şərəf Əhmədovanın TSPX ixtisasının IV kursunda Təhsilin idarə olunması fənni üzrə “Məktəbdə metodik iş” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos.C.İbrahimov iştirak edirdi.Müəllim dərsdə yeni təlim texnologiyalarından istifadə edərək məqsədinə nail oldu.Komissiya üzvləri dərsi qənaətbəxş hesab etdilər.

Açıq dərs- b/m. İlham Məmmədov

30.11.2016-cı il tarixdə fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının I kursunda Psixologiya kafedrasının baş müəllimi İlham Məmmədovun “Təfəkkürün psixologiyası” mövzusunda açıq dərsi keçirildi.Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos. C.İbrahimov,Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova və həmin kafedranın əməkdaşları iştirak edirdi. Tələbələrin yüksək fəallığı şəriatində kəçən dərsdə interaktiv təlim metodlarından, yeni təlim texnologiyalarından bacarıqla istifadə edildi.

Daha ətraflı

Psixoloji seminar- “Nitq aparatının anatomik fizioloji quruluşu”

27.11.2016-cə il tarixdə GDU-nun  Pedaqoji fakültəsinin Təhsildə sosial psixoloji xidmət  ixtisasının tələbələri  “Göyərçin” Psixoloji və Nitq İnkişaf Mərkəzində  “Nitq aparatının anatomik-fizioloji quruluşu” mövzusunda maarifləndirici seminarda iştirak etmişlər. Seminarda mərkəzin baş psixoloqu  Dilarə Hacıyeva və mərkəzin baş defektoloq və loqopedi Nicat Əliyev  mövzu haqqında iştirakçılara məlumat verdilər.Yekunda seminar iştirakçıları sertifikatla təltif olundular.

Açıq dərs- b/m. Rəhimova Rəmziyyə

Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Rəmziyyə Rəhimova “Bədən tərbiyə və idman” ixtisasının IV kursunda “Şahmat və turizm” fənnindən açıq dərsi keçmişdir. Dərs Praktik məşğələ formasında təşkil olunmuşdur.  Dərsdə rektorun səlahiyyətli nümayəndəsi  dosent Cavadov Elçin, “Bədən tərbiyə və idman” kafedrasının müdiri dosent İlham Ağayev, edaqoji fakültənin dekan müavini, dosent İlqar Haqverdiyev, dosent Hüseynzadə Zaur, dosent Quliyev

Daha ətraflı

Açıq dərs- b/m. Bəsirə Abbasova

24.11.2016-cı il tarixdə Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının III kursunda Ümumi pedaqogika kafedrasının baş müəllimi Bəsirə Abbasovanın Psixopedaqogika fənnindən “Müəllimin pedaqoji fəaliyyətdə yeri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov və kafedranın əməkdaşları iştirak etmişdir.Müəllim dərsdə interaktiv təlim üsullarından və yeni təlim texnologiyalarından istifadə edərək öz məqsədinə nail ola

Daha ətraflı

23.11.2016-cı il tarixdə Pedaqoji fakültənin Psixologiya kafedrasında növbəti kafedra iclasi keçirilmişdir. İclasda TEC-in Psixologiya dərnəyinin üzvü Məktəbəqədər təlim və tərbiyə ixtisasının II kurs tələbəsi Musayeva Laçın (rəhbər müəllim: b/m. A. Babayeva) “Nitq qüsurlu uşaqların korreksiyası” adlı məqalə ilə çıxış etmişdir.

Açıq dərs- b/m. Mətanət Rzayeva

22.11.2016-cı il tarixdə Pedaqoji fakültənin “Bədən tərbiyəsi və idman” ixtisasının II kursunda Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Mətanət Rzayevanın “Voleybol” fənnindən “Voleybol, iki əllə yuxarıdan ötürmə texnkası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tədrisin əşkili və təlim texnologiyalatrı üzrə dekanmüavini dos. İ. Haqverdiyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, idman klubunun sədri X. Umudov və kafedranın əməkdaşları iştirak etmişdir.Dərs

Daha ətraflı

Sabiq əməkdaşla görüş

Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadovanın təşəbbüsü ilə  Psixologiya kafedrasında uzun müddət baş müəllim vəzifəsində çalışmış, (hazırda təqaüddə olan) sabiq əməkdaş Ceyran Hüseynova ilə kafedra əməkdaşlarının görüşü keçirilmişdir. Görüşün iştirakçıları müəllimə ilə bağlı xatirələrini bölüşmüşlər.

Açıq dərs- Dos. Hüseyn Mehdiyev

Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Hüseyn Mehdiyevin IIkurs “İbtidai sinif müəllimliyi”  ixtisasında “Riyyaziyyatın ibtidai kursunun nəzəri əsasları” fənnindən “Faiz məsələləri” mövzusunda açıq dərsi olmuşdur. Dərs mühazirə formasında təşkil olunmuşdur. Dərsdə rektorun səlahiyyətli nümayəndəsi dosent Cavadov Elçin, Pedaqoji fakültənin tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini dosent İlqar Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri,dosent Allahverdi Quliyev və

Daha ətraflı