Author Archives: Pedaqoji

“Musiqi fənləri” kafedrasında açıq dərs dinlənildi

05 mart 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi  Nüşabə Seyfullayevanın  “İbtidai siniflərdə musiqi və onun tədrisi metodikası” fənnindən “Not yazısı. Kaman açarı. I və II oktavanın notları. Bas açarı. Kiçik oktavanın notları. Metr. Ritm. Dinamik işarələr” mövzusunda “İbtidai sinif müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə seminar məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənildi.

Daha ətraflı

5 mart-Bədən tərbiyəsi və İdman günü münasibətilə Tədbir

5 mart – Bədən tərbiyəsi və İdman Günü münasibətilə universitetdə geniş tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş fakültələrarası spartakiadanın bağlanış mərasiminə həsr olunub.Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların yekun nəticələri təqdim olunub. Yarışlarda fərqlənərək mükafata layiq yerlər qazanan idmançılar universitetin İdman Klubu tərəfindən fəxri fərman və medallarla təltif

Daha ətraflı

“Ailədə uşağın sosiallaşması” mövzusunda açıq dərs

05.03.2016-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistr tələbəsi Əliyeva Nərmin Rizvan qızının III kurs İbtidai sinif müəllimliyi ixtisasında “Ailə tərbiyəsi” fənnindən “Ailədə uşağın sosiallaşması” mövzusunda açıq dərsi keçirildi. Nəticə: Kafedranın 6 saylı protokolu ilə təhlil edilərək müzakirə edildi və müvafiq qərar qəbul edildi. Müzakirədə kafedra müdiri dos. A.Quliyev, dos.G.Kazımova, magistr tələbələri

Daha ətraflı

Fakültə dekanının aktiv tələbələrlə görüşü

Təhsildə və fakültənin ictimai həyatında aktiv iştiraklarını nəzərə alaraq, fakültə dekanı tədbirlərdə iştirak edən tələbələri qəbul etmişdir. Görüş zamanı tələbələrin göstərdikləri fəallıq və təşəbbüskarlıq yüksək qiymətləndirilmiş, onların universitet həyatına verdikləri töhfələr xüsusi qeyd olunmuşdur. Fakültə Şurası adından tələbələrə təşəkkür elan edilərək, gələcək tələbəlik həyatlarında uğurlar arzu edilmişdir. Bildirilmişdir ki, bu cür fəallıq və təşəbbüskarlıq digər

Daha ətraflı

“Pedaqoji ünsiyyətin fərdi üslubları” mövzusunda açıq dərs

04.03.2026-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistr tələbəsi Yusubova Pərvanə Eldəniz qızının III kurs II qrup İbtidai sinif müəllimliyi ixtisasında “Pedaqoji Ünsiyyət” fənnindən “Pedaqoji ünsiyyətin fərdi üslubları” mövzusunda açıq dərs mövzusunda açıq dərsi keçirildi. Nəticə: Kafedranın 6 saylı protokolu ilə təhlil edilərək müzakirə edildi və müvafiq qərar qəbul edildi. Müzakirədə kafedra

Daha ətraflı

3 Mart – Dünya Yazıçılar Günü münasibətilə Nizami Gəncəvinin məqbərəsinə ziyarət

3 Mart – Dünya Yazıçılar Günü münasibətilə Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə İbtidai sinif müəllimliyi ixtisasının III kurs və Məktəbəqədər təhsil ixtisasının I kurs tələbələri dahi mütəfəkkir Nizami Gəncəvinin əziz xatirəsini yad etmək məqsədilə Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər.Məqbərə önündə keçirilən görüş zamanı tələbələr bir daha hiss ediblər ki, əsrlər

Daha ətraflı

“Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasına dair” mövzusunda  təlim keçirildi

Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən kafedralar arasında sıx elmi, yaradıcılıq əlaqələri zəminində  zəngin məzmunlu tədbirlər həyata keçirilir. “Ümumi pedaqogika” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyevanın  “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasına dair” mövzusunda “Musiqi fənləri” kafedrasında  keçirdiyi təlim böyük maraqla qarşılandı. Təlimi

Daha ətraflı

“Dirijorluq-2” fənnindən “A kapella əsəri və partitura oxunuşu üzərində iş” mövzusunda açıq dərs

“Musiqi fənləri” kafedrasının 06.02.2026-cı il tarixli kafedra iclasında təsdiq olunmuş “Açıq dərslərin cədvəli”nə uyğun olaraq  03 mart 2026-cı il tarixində kafedranın baş müəllimi  Sevil Şabanovanın  “Dirijorluq-2” fənnindən “A kapella əsəri və partitura oxunuşu üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Zamanova Lilpar Mübariz qızı ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənildi.

Daha ətraflı

Nümunəvi dərs

Məktəbəqədər təlim və tərbiyənin  metodika və metodologiyası ixtisası üzrə magistrant Qəfərova Xədicə Saməddin qızı 02.03.2026- il tarixində Pedaqoji fakültənin Bakalavriat səviyyəsinin Məktəbəqədər təhsil ixtisasının  III kursunda Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi fənnindən “Müdriklərin əmək tərbiyəsilə bağlı düşüncələri” mövzusunda (muhazirə) nümunəvi dərsi dinlənilmişdir. Mövzu inteqrativ xarakter daşımaqla yanaşı, təhsilin dəyərləri haqqında geniş çərçivədən işıqlandırılmışdır. Tarixən Qərb

Daha ətraflı

“Musiqi təlimində oyunlar, simulyasiyalar, virtual reallıq və s. bu kimi təhsil texnologiyalarından istifadə” mövzusunda  təlim keçirildi

“Musiqi fənləri” kafedrasının akademik heyəti üçün  “Musiqi təlimində oyunlar, simulyasiyalar, virtual reallıq və s. bu kimi təhsil texnologiyalarından istifadə” mövzusunda təlim keçirildi. Təlimçi kafedranın baş müəllimi, s.ü.f.d. N.Seyfullayeva mövzu ilə əlaqədar məsələləri slaydlar əsasında, əyani şəkildə  geniş şərh etdi,  iştirakçıların sualları ətraflı cavablandırıldı. Təlimdə çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri S.Qurbanəliyeva, baş müəllimlərdən Q.Məmmədova, L.Rəfibəyli

Daha ətraflı