IV kurs tələbələrinin praktik məşğələləri təşkil olundu

Məşqçilik ictiasının IV kurs tələbələri Quliyev Tofiq, Quziryani Elcan və Əliyeva Gülşən tərəfindən Gəncə şəhər İdman litseyində sınaq məşğələləri keçirilmişdir. Tələbələr əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyət zamanı tətbiq edərək, uşaqlarla bacarıq və vərdişlərini inkişaf etdirirlər.
​Bu təcrübə prosesi gənc mütəxəssislərin gələcək peşəkar karyeralarında daha inamlı addımlar atmaları üçün möhkəm bünövrə formalaşdırır. Keçirilən dərslər litseyin pedaqoji heyəti tərəfindən də yüksək qiymətləndirilərək, tələbələrin metodiki hazırlıq səviyyəsinin qənaətbəxş olduğu xüsusi vurğulanmışdır.