Məktəbəqədər təhsil ixtisası üzrə IV kurs tələbələrinin sınaq məşğələləri davam edir

Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbələrinin 3 saylı körpələr evi–uşaq bağçasında sınaq məşğələləri mərhələli şəkildə davam edir. Tələbələr əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyət zamanı tətbiq edərək, uşaqlarla iş bacarıqlarını inkişaf etdirirlər.
Sınaq məşğələləri təcrübəli müəllimlərin və metodistlərin nəzarəti ilə aparılır və hər bir məşğələ sonunda müzakirələr təşkil olunaraq tələbələrə metodiki tövsiyələr verilir. Bu proses onların gələcək pedaqoji fəaliyyətə daha hazırlıqlı şəkildə başlamalarına imkan yaradır.